İndoneziya parlamentinin sədr müavini Azərbaycana səfər edəcək

11:42 - 6 Sentyabr 2016 - SİYASƏT

İndoneziyanın Xalq Konsultativ Konqresinin sədr müavini Osman Sapta Odanq (Oesman Sapta Odang) Azərbaycana səfər edəcək.

İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana sentyabr ayının 8-də gələcək. 
Səfər çərçivəsində O.S.Odanq Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək, ölkə rəhbərliyi ilə, eləcə də Milli Məclisdə bir sıra görüşlər keçirəcək.
Bundan başqa, O.S.Odanqın İndoneziyanın Müstəqillik gününə həsr olunmuş rəsmi qəbulda iştirak edəcəyi gözlənilir. Onun Azərbaycandakı İndoneziya icması ilə görüşü də planlaşdırılıb.

Xəbər xətti