Yerevanda silahlı qruplaşma təcili-tibbi yardım həkimlərini girov götürüb

12:14 - 27 İyul 2016 - DÜNYA

 Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qruplaşmanın üzvləri polislə atışma nəticəsində yaralanan üzvlərinə tibbi yardım göstərmək məqsədilə binaya gələn təcili-tibbi yardım həkimlərini girov götürüb. "Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aşot Aqaronyan məlumat verib.
Ermənistan hüquq-mühafizə orqanları hazırda onların azad edilməsi üzrə danışıqlar aparır.

Xəbər xətti