Bakı sakinini qətlə yetirən keçmiş məhkum tutulub

13:05 - 15 İyul 2016 - HADİSƏ

 Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Daxil İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.
Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xalıqov tutulub.

Xəbər xətti