Tərtərdə qardaş bacısının boğazını kəsib

17:25 - 14 İyul 2016 - HADİSƏ

Tərtər rayonunda qardaş bacısının boğazını kəsib. Hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Alızadə Cəmilə Valeh qızı boğaz nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumata görə, hadisəni C. Alızadənin qardaşı qısqanclıq zəminində törədib.
Faktla bağlı Tərtər polisi tərəfindən araşdırma aparılır.Apa


Xəbər xətti