Azərbaycan FİFA-nın reytinqində irəlilədi

15:23 - 14 İyul 2016 - İDMAN

FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb. Dünyanın 209 komandasının yer aldığı siyahıda Azərbaycan millisi ötən ayla müqayisədə  1 pillə irəliləyib. Komandamız 253 xalla 137-ci pillədə qərarlaşıb.
DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibləri olan Almaniya 4-cü, Şimali İrlandiya 28-ci, Çexiya 33-cü, Norveç 49-cu, San-Marino isə 200-cü yeri tutur.

Siyahıya Argentina başçılıq edir. Belçika ikinci, Kolumbiya üçüncüdür.

Xəbər xətti