Vüqar Nadirov yenidən "Qarabağ"da

14:40 - 14 İyul 2016 - İDMAN

"Qarabağ" futbol klubunun yetirməsi olan Vüqar Nadirov yenidən komandaya qayıdıb. Futbolçu ilə bir illik müqavilə imzalanıb. 
Nadirov klubun rəsmi saytına açıqlamasında deyib: "Olduqca şadam. Bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım. Əlimdən gələni edəcəyəm ki, baş məşqçimiz Qurban Qurbanovun mənə göstərdiyi etimadı doğruldum. Hər bir komandada rəqabət var, "Qarabağ"da da məşqlərdə əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları layiqincə yerinə yetirim. Əvvəllər 6 il bu komandada oynamışdım. Klub rəhbərliyini də tanıyıram, onlara da təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağıma dəstək oldular. Çalışacağam ki, həm avrokuboklarda, həm də çempionatda komandaya xeyir verim. "Qarabağ" azarkeşləri bizim ürəyimizdədir. Çalışacağam ki, onları sevindirim".
Qeyd edək ki, Vüqar Nadirov peşəkar karyerasına "Qarabağ"da başlayıb və 2004-cü ilə qədər komandada forma geyinib, 2009-cu ildə yenidən komandaya qayıdan Nadirov 6 il yenidən "Qarabağ" forması geyinib. 

Xəbər xətti