Poroşenko: "Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir"

14:35 - 14 İyul 2016 - Xəbər

 "Ukrayna Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasını tamamilə qəbuledilməz hesab edir"."Report" xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib. 

"Ukraynanın Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyini tanımadığını vurğulamaq istəyərdim. Azərbaycanın da Krım üzrə analoji mövqeyini alqışlayırıq", - deyə P.Poroşenko söyləyib.

Xəbər xətti