Şamaxıda avtomobil aşdı: ölən var

12:38 - 14 İyul 2016 - HADİSƏ

Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayonun Çöl Göylər kəndində, Şamaxı-Padarçöl yolunda "Mercedes" markalı,  90 VX 297 dövlət qeydiyyat nişanlı minik avtomobili aşıb. Qəza nəticəsində avtomobili idarə edən 36 yaşlı kişi vəfat edib.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti