İsrail Müdafiə Qüvvələri (İMQ) İrana qarşı genişmiqyaslı hava hücumlarının dayandırıldığını elan edib.
Ucnoqta.az xəbər verir ki, İMQ məlumat yayıb. Bildirilir ki, İsrail ordusu İrana qarşı "strateji müdafiə sistemlərini" hədəf alan genişmiqyaslı hava hücumları dayandırılır.
Qeyd edək ki, SEPAH-nın məlumatına görə, İsrailin neft-kimya müəssisələrinə endirdiyi zərbələrə cavab olaraq, İran İsrailin Hayfa şəhərindəki oxşar infrastruktura zərbələr endirib.
Xatrıladaq ki, 7 iyun axşamı İran İsrailin şimalına raketlər atıb. Bu, İsrailin bazar günü Beyrutun kənarındakı Hizbullah müəssisəsinə zərbə endirməsindən sonra baş verib.
İsrail ordusu bütün raketlərin ələ keçirildiyini bildirib.