Küveyt İranın hücumlarını pislədi

12:57 - 1 İyun 2026 - DÜNYA

Küveyt hakimiyyəti İranın davam edən hücumlarını qətiyyətlə pisləyir və ərazisini müdafiə etmək üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bildirilir ki, nazirlik Küveyt Dövlətinin öz təhlükəsizliyini və ərazisinin müdafiəsini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxladığını bir daha təsdiqləyir və İranı bu cinayətkar hücumlara görə tam məsuliyyətə cəlb edir.

Nazirlik vurğulayıb ki, Tehranın hərəkətləri təhlükəli eskalasiya və Küveytin təhlükəsizliyinə və sabitliyinə birbaşa hücum təşkil edir və regionda gərginliyin azaldılması səylərini sarsıdır.

Xəbər xətti