"Hizbullah" İsrailə 20-dən çox raket atıb

22:01 - 31 May 2026 - DÜNYA

"Hizbullah" Livan şəhərlərinin bombalanmasına cavab olaraq Şimali İsraildəki yaşayış məntəqələrinə raket atıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb. Kanalın məlumatına görə, "Hizbullah"ın hərbi informasiya xidmətinin Telegram kanalında dərc olunmuş kommünikesində İslam müqavimət qüvvələrinin Hayfanın şimalında və sərhəddən 7 kilometr aralıda yerləşən Nəhariya şəhərində İsrail hərbi bazalarına zərbələr endirdiyi bildirilib.

Qeyd olunur ki, bu əməliyyatlar Livanda işğalçı qüvvələrin mülki şəxslərin ölümünə səbəb olan hücumlarına cavab olaraq həyata keçirilib.

Xəbər xətti