İsrail Livanda strateji yüksəkliyi ələ keçirdi

11:16 - 31 May 2026 - DÜNYA

İsrail ordusu Livandakı Litani çayının şimalında, Xaçlılar qalası Bofortun yerləşdiyi əsas strateji yüksəkliyə nəzarəti ələ keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə müdafiə naziri İsrael Katz sosial şəbəkə hesabında yazıb.

O, X səhifəsində İsrail və Qolani Piyada Briqadasının bayraqlarının orta əsr qalasının xarabalıqları üzərində dalğalandığını göstərən bir foto paylaşıb.

"Baş nazir Benyamin Netanyahunun və mənim göstərişimlə İsrail Müdafiə Qüvvələri Livandakı manevrlərini genişləndirdi, Litani çayını keçdi və Qalileyadakı əhalimizi qorumaq və qoşunlarımızın təhlükəsizliyini təmin etmək üçün ən vacib strateji nöqtələrdən biri olan Bofort silsiləsini ələ keçirdi", Katz yazıb.

Xəbər xətti