Tehran və Vaşinqton yaxın zamanda razılaşma imzalamayacaqlar - İran XİN

11:48 - 25 May 2026 - DÜNYA

İran və ABŞ hələ də yekun sülh müqaviləsi imzalamaqdan uzaqdırlar, lakin tərəflər əksər məsələlərdə razılığa gəliblər.

Ucnoqta.az bildirir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Esmail Beqayi məlumat verib.

"Düzdür, müzakirə olunan məsələlərin əksəriyyəti üzrə razılaşma əldə edilib, amma heç kim bunun tezliklə atəşkəs imzalanacağı anlamına gəldiyini iddia edə bilməz".

Beqayinin sözlərinə görə, ABŞ-ın mövqeyində tez-tez dəyişikliklər danışıqlar prosesinə mane olur.

Xəbər xətti