Banqladeşdə ağır qəza - 15 nəfər öldü

10:16 - 25 May 2026 - DÜNYA

Banqladeşin mərkəzindəki Dəkkə əyalətində yük maşını aşıb, nəticədə ən azı 15 nəfər ölüb, altı nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, The Daily Star bu barədə məlumat yayıb.

Qəzetin məlumatına görə, hadisə yerli vaxtla təxminən səhər saat 4:30-da Banqladeş paytaxtından təxminən 100 kilometr şimal-qərbdə yerləşən Tanqail rayonundakı magistral yolda baş verib. Armaturla yüklənmiş yük maşını həmçinin Qurban bayramını qeyd etməyə gedən insanları daşıyırmış.

"Polis The Daily Star"a 15 nəfərin dərhal öldüyünü, altı yaralı şəxsin isə yerli xəstəxanaya aparıldığını təsdiqləyib.

Bir fərziyyəyə görə, sürücü sükan arxasında yuxuya gedib və nəticədə yük maşını aşıb və yol kənarındakı xəndəyə düşüb. Sərnişinlər armaturun altında qalıblar.

Xəbər xətti