WUF13-də 53 mindən çox şəxs iştirak edib

14:46 - 22 May 2026 - Xəbər

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) bugünədək onlayn rejim daxil olmaqla, 53 mindən çox şəxs iştirak edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanışı ilə bağlı mətbuat konfransında deyib.

Anar Quliyev qeyd edib ki, WUF13 forumun gələcəyini və qlobal əməkdaşlığı formalaşdıracaq bir sıra mühüm yenilikləri təqdim edib.///AzərTac

Xəbər xətti