ABŞ THAAD tutucularının 50%-ni istiadə edib

00:02 - 22 May 2026 - DÜNYA

ABŞ İrana qarşı hərbi əməliyyatının aktiv mərhələsində THAAD tutucularının yarısını İsrailin müdafiəsinə istiadə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Washington Post (WP) məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyinin ona təqdim etdiyi məxfi hesablamalara istinadən, Post qəzeti yazır ki, ABŞ İsraili müdafiə etmək üçün 200-dən çox THAAD tutucusundan istifadə edib. Məqalədə deyilir ki, bu, Pentaqonun bütün inventarının təxminən yarısını təşkil edir.

Bundan əlavə, məqalədə qeyd olunur ki, ABŞ İsraili müdafiə etmək üçün Aralıq dənizinin şərqindəki ABŞ gəmilərindən buraxılan 100-dən çox SM-3 və SM-6 tutucusundan istifadə edib. Bu arada İsrail 100-dən az Arrow tutucusundan və təxminən 90 David's Sling tutucusundan istifadə edib.

ABŞ administrasiyasının rəsmisi qəzetə bildirib ki, ümumilikdə, ABŞ təxminən 120 tutucu buraxıb və iki dəfə çox İran raketini tutub.

Xəbər xətti