ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç B-52 Stratofortress strateji bombardmançı təyyarəsi 9 martda İngiltərənin cənub-qərbindəki Fairford Hərbi Hava Qüvvələri bazasına eniş edib.
Ucnoqta.az The Spectator-a istinadən xəbər verir ki, həftəsonu İrana qarşı növbəti zərbələrə hazırlıq məqsədilə Fairford Hərbi Hava Qüvvələri bazasına dörd ABŞ B-1 Lancer strateji bombardmançı təyyarəsi də yerləşdirilib.
ABŞ həmçinin bazaya iki Boeing C-17 Globemaster nəqliyyat təyyarəsi yerləşdirib.