Həbs edilən BNA əməkdaşları barədə qərar ləğv olundu

12:22 - 7 Mart 2026 - Xəbər

Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) həbs olunmuş keçmiş əməkdaşları Hikmət Vəlizadə və Vüqar Hüseynovun işinə yenidən baxılacaq.

Ucnoqta.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Ali Məhkəmə bu barədə qərar qəbul edib.

Ali instansiya vəkil Orxan Zeynalovun kassasiya şikayətini əsaslı hesab edib.

Məhkumların həbsi ilə nəticələnən əvvəlki qərar tamamilə ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Son qərar məhkumların yenidən azadlığa buraxılması və ya cəzalarının azaldılması ehtimallarını gücləndirib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi H.Vəlizadə və V.Hüseynovun əməlini külli miqdarda rüşvət alma maddəsindən dələduzluğa tövsif edərək onlara şərti cəza vermişdi. Amma bir neçə ay sonra prokurorun protesti əsasında hökm dəyişdirilmişdi. Hər iki şəxs səkkiz il müddətinə azadlıqdan məhrum edilməklə yenidən həbs edilmişdi.

Xəbər xətti