Macarıstanda təqaüddə olan Ukrayna kəşfiyyat generalı saxlanılıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o və digər altı ukraynalı çirkli pulların yuyulmasında şübhəli bilinir. Xüsusilə, Avstriyadan Ukraynaya 40 milyon dollar, 35 milyon avro və 9 kq qızılın daşınması planlaşdırılırdı.
Sijjarto daha sonra bildirib ki, ilin əvvəlindən bəri Macarıstan vasitəsilə Ukraynaya artıq 900 milyon dollar, 420 milyon avro və 146 kq qızıl daşınıb.
Macarıstan Ukraynadan izahat tələb edib və hazırda öz araşdırmasını aparır.