Livandakı əməliyyatının başlanğıcından bəri İsrail Hərbi Hava Qüvvələri şiə təşkilatı Hizbullahın yerləşdiyi cənub Beyrutun ətrafındakı Dahiyaya artıq 26 zərbə endirib.
Ucnoqta.az bildirir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, zərbələrin hədəfi kimi "Hizbullah" komandanlıq mərkəzləri və Beyrutun terrorçu obyektlərinin yerləşdiyi çoxmərtəbəli binalar göstərilib.