İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bir neçə ABŞ əsgərinin əsir götürüldüyünü açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Laricani "X"-də yazıb.
"Mənə bir neçə Amerika əsgərinin əsir götürüldüyü barədə məlumat verildi", - o, bildirib.
Bu açıqlamaya cavab olaraq ABŞ Mərkəzi Komandanlığının sözçüsü "Əl-Cəzirə"yə bildirib ki, "İran rejiminin Amerika əsgərlərini əsir götürməsi iddiaları onun yalan və xəyanətinin daha bir nümunəsidir".