Avstraliya Aİ ilə Azad ticarət danışıqlarını yenidən başlayacaq

07:31 - 11 Fevral 2026 - İQTİSADİYYAT

Avstraliya Avropa İttifaqı ilə azad ticarət sazişi üzrə danışıqları bərpa edəcək.

Ucnoqta.az xəbər verir ki, Avstraliya Ticarət naziri Don Farrell bunu açıqlayıb.

Nazirin mətbuat xidməti tərəfindən yayımlanan açıqlamada qeyd olunub ki, bu həftə Avstraliya və Aİ arasında ticarət danışıqlarının yeni mərhələsi başlayacaq.

Nazir həmçinin Avstraliyanın milli maraqlarına xidmət edəcək və Avropa bazarlarını kənd təsərrüfatı istehsalçılarına açacaq bir saziş bağlamaq niyyətində olduğunu qeyd edib. "Avstraliya razılaşma əldə etməyə hazırdır, lakin biz razılaşma naminə razılaşmaya razılaşmayacağıq", - deyə o bildirib.

Xəbər xətti