Qlenn Holl vəfat edib

08:46 - 8 Yanvar 2026 - Xəbər

Qapıçılar arasında ardıcıl ən çox oyun oynanılan Milli Xokkey Liqası (NHL) rekordçusu olan kanadalı Qlenn Holl 94 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə NHL mətbuat xidməti məlumat yayıb.

Karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb. 1989-cu ildə həmin mövsüm Stenli Kubokunu qazanan Kalqari Fleyms komandasında çalışıb.

1975-ci ildə Holl Xokkey Şöhrət Zalına daxil edilib və "Blekhavks"da geyindiyi nömrə komanda tərəfindən birdəfəlik ləğv edilib.

Xəbər xətti