Polis 12 yaşlı qatili tutdu

20:17 - 21 Dekabr 2025 - Xəbər

İsveçin Malmö şəhərində avtomobilə atəş açdıqdan sonra yeniyetmə qatil həbs edilib.

Ucnoqta.az bildirir ki, bu barədə The Daily Star xəbər verir.

Müstəntiqlərin sözlərinə görə, 12 yaşlı qatil 250.000 kron müqabilində konkret bir şəxsi öldürməli idi, lakin səhvən başqasını vurub. Öldürülən 21 yaşlı kişi olub.
O, şəhər küçələrindən birində avtomobilində güllə yarası ilə tapılıb.

Polis şübhəlinin cinayəti törətmək üçün Malmöyə xüsusi olaraq getdiyini və ehtimal ki, birdən çox sifarişli qətl törətdiyini müəyyən edib.

Ölkə tarixində odlu silahla törədilən qətldə ən gənc şübhəli hesab edilən oğlan çərşənbə axşamı tutulub, lakin yaşına görə həbs edilə bilməz.

Xəbər xətti