31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə futbolsevərlər üçün xüsusi yoldaşlıq oyunu keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, səhər saat 10:00-da baş tutacaq görüşdə “Şuşa” PFK və “Görədil” FK komandaları üz-üzə gələcək.
Bu qarşılaşma yalnız idman hadisəsi deyil, eyni zamanda milli birlik və həmrəyliyin futbol meydanında təcəssümü olacaq. Oyunda hər iki komandanın əsas məqsədi bayram ovqatı fonunda sağlam rəqabət, dostluq və fair-play prinsiplərini ön plana çıxarmaqdır.
Qeyd edək ki, “Görədil” FK hazırda Sumqayıt şəhərində fəaliyyət göstərir. Komanda qarşıdakı dövrdən etibarən rəsmi olaraq “Şuşa” PFK adı altında yarışlarda iştirak edəcək. Bu dəyişiklik klubun tarixi və mənəvi dəyərlərə bağlılığının göstəricisi kimi qiymətləndirilir.
Milli Həmrəyliy Gününə həsr olunan bu yoldaşlıq oyununun futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanacağı gözlənilir. Qarşılaşma həm meydandakı mübarizə, həm də daşıdığı simvolik məna baxımından xüsusi əhəmiyyət kəsb edir.