"Napoli" İtaliya Super Kubokunun finalına vəsiqə qazandı

01:00 - 19 Dekabr 2025 - İDMAN

"Napoli" İtaliya Super Kubokunun yarımfinalında "Milan"ı 2-0 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, turnir Səudiyyə Ərəbistanında keçirilib. 

Qolları David Neres (39-cu dəqiqə) və Rasmus Höylund (63) vurublar.

"Napoli" ötən mövsüm İtaliya çempionluğunu qazanıb. "Milan" isə İtaliya Kubokunun finalına çıxdı. İkinci yarımfinalda İtaliya Kubokunun sahibi "Bolonya" ikinci yeri tutan "İnter Milan" ilə qarşılaşacaq. Oyun 19 dekabrda keçiriləcək. Final isə 22 dekabrda keçiriləcək.

Xəbər xətti