Qazaxıstan 2026-cı ildə Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibli iclasında bildirib.
"Gündəliyin vacib məsələsi 2026-cı ildə birliyimizin orqanlarına sədrlik etməkdir. Prosedura əsasən, bu şərəfli hüquq Qazaxıstan Respublikasına keçəcək. Əminəm ki, Astananın sədrliyi həmişə olduğu kimi, Avrasiya iqtisadi inteqrasiyasının inkişafına yeni, güclü təkan verəcək", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev öz istəyi ilə gələn il Aİİ-ə sədrlik edəcək.
Belarus 2025-ci ildə Avrasiya İqtisadi İttifaqına sədrlik edir.