Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.
7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zəhərlənənlər 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.
Məlumata görə, hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma aparılır.