Ermənistanın baş naziri Nikol Paşinyan 9-10 dekabr tarixlərində Almaniyaya rəsmi səfər edəcək.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə görüşəcək.
Daha sonra o, Hamburqda Ticarət Palatasında şəhər meri və biznes liderləri ilə görüşəcək.