Kamboca ilə sərhəddə həlak olan Tailand hərbçilərinin sayı artıb

08:43 - 10 Dekabr 2025 - DÜNYA

Kamboca sərhədində baş verən döyüşlərdə Tailand hərbçiləri arasında ölənlərin sayı beşə çatıb, 68 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tayland Quru Qoşunlarının İkinci Hərbi Bölgəsi məlumat verib.

Ən son itki Kamboca ilə sərhəddə yerləşən Sisaket əyalətindən olan 20 yaşlı əsgər olub. Daha əvvəl Tayland hərbçiləri də 68 nəfərin yaralandığını bildirmişdilər. Bu arada, Tailand Silahlı Qüvvələrinin məlumatına görə, Kamboca qüvvələri arasında 61 nəfər həlak olub.

Tailand-Kamboca sərhədində kiçik silahlı toqquşmalar 7 dekabrda başlayıb.

Xəbər xətti