İsrail Qəzzanın cənubunu atəşə tutub

13:32 - 3 Dekabr 2025 - DÜNYA

Fələstin anklavında atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza zolağının cənubundakı ərazilərə yeni zərbələr endirib.

Ucnoqta.az bildirir ki, Qətərin Əl-Cəzirə televiziya kanalı bu barədə məlumat verib.

Kanalın məlumatına görə, Xan Yunisin şərqindəki ərazilər hava və artilleriya atəşinə tutulub.

Rəfah şəhərində bir neçə hava hücumu qeydə alınıb.

Xəbər xətti