Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İsrail komandalarının və klublarının təşkilatın himayəsi altında yarışlardan kənarlaşdırılması mexanizmlərini araşdırmaq üçün Fələstini dəstəkləyən ölkələrin nümayəndələri ilə görüşlər keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Athletic məlumat yayıb.
Mənbənin məlumatına görə, UEFA sentyabr ayında İsrail komandalarının və klublarının Avropa yarışlarında iştirakının davam etdirilməsi ilə bağlı səsvermə keçirməyə yaxın idi, lakin qurumun rəhbərliyi İsrail ilə Fələstin HƏMAS hərəkatı arasında atəşkəs razılaşmasından sonra bundan çəkinmək qərarına gəlib.