"Bravo" marketlərdə polietilen torbalar BAHALAŞDI

19:09 - 2 Dekabr 2025 - Xəbər

"Bravo" marketlər şəbəkəsində polietilen torbaların qiyməti qalxıb.

Ucnoqta.az Yurd Media-ya istinadən xəbər verir ki, ölçüsünə görə 3-5 qəpik aralığında olan torbalar bugündən 5-7 qəpiyə satılır.

Analoji qiymət artımı hələki digər market şəbəkələrində müşahidə olunmayıb. 

Qeyd edək ki, ölkədə polietilen torbaların təbiətə ziyan vurmasına görə istifadəsini azaltmaq məqsədi ilə 2023-cü il fevralın 15-dən pulsuz verilən polietilen torbaların pulla satışına başlanılmışdı.

Bununla bağlı qanunvericiliyə dəyişiklik edilib.

Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC-dir. 


Xəbər xətti