Ukrayna Rusiyaya PUA-larla hücum etdi

08:50 - 28 Noyabr 2025 - DÜNYA

Hava Hücumundan Müdafiə Qüvvələri gecə ərzində Rusiya bölgələri üzərində 136 Ukrayna dronu vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Müdafiə Nazirliyinin məlumatına görə, 46 PUA Rostov vilayəti üzərində, 30 PUA Saratov vilayəti üzərində, 29 PUA Krım Respublikası üzərində, 6 PUA Bryansk vilayəti üzərində, 5 PUA Volqoqrad vilayəti üzərində, 2 PUA Voronej vilayəti üzərində, 2 PUA Moskva vilayəti üzərində, 1 PUA Kursk vilayəti üzərində, 1 PUA Kaluga vilayəti üzərində, 12 PUA Qara dəniz üzərində və 2 PUA Azov dənizi üzərində zərərsizləşdirilib.

Xəbər xətti