KTMT-nin iki təlimi gələn il Belarusda keçiriləcək

18:14 - 26 Noyabr 2025 - DÜNYA

KTMT-nin "Sarsılmaz Qardaşlıq" və "Maneə" təlimləri 2026-cı ilin oktyabr ayında Belarusda keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Belarus müdafiə naziri Qırğızıstan hərbçilərini KTMT sülhməramlı qüvvələri ilə birgə "Sarsılmaz Qardaşlıq - 2026" təliminə və KTMT-nin NBC mühafizə və tibbi dəstək qüvvələri ilə birgə "Maneə - 2026" xüsusi təliminə dəvət edib. Bu təlimlərin 2026-cı ilin oktyabr ayında Belarus Respublikasında keçirilməsi planlaşdırılır", - deyə Belarus müdafiə naziri Viktor Xrenin və qırğız həmkarı Ruslan Mukambetov arasında keçirilən görüşdən sonra verilən açıqlamada bildirilir.

Xəbər xətti