Livan Prezidenti FIFA prezidentinə vətəndaşlıq verdi

00:57 - 26 Noyabr 2025 - Xəbər

FIFA Prezidenti Canni İnfantinoya ərəb ölkəsində idmanın inkişafına verdiyi töhfələrə görə Livan vətəndaşlığı verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Baabda Sarayında FIFA Prezidentini qəbul edən Prezident Cozef Aun bildirib.

Prezidentin mətbuat xidmətindən verilən açıqlamaya görə, Livan lideri İnfantinoya uzun illər futbol infrastrukturunun genişləndirilməsi layihələrinə verdiyi dəstəyə görə təşəkkür edib.

Görüş zamanı İnfantino Prezident Auna ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokunun rəsmi oyun topunu, eləcə də FIFA loqotipini və 10 nömrəli formanı təqdim edib.

Xəbər xətti