“Qarabağ”la görüş tam fərqli olacaq".
Ucnoqta.az xəbər verir ki, bu sözləri İtaliyanın "Napoli" komandasının baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda evdə "Qarabağ"la keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis "Qarabağ"ı UEFA Çempionlar Lqiasının sürpriz komandası adlandırıb: “Qarabağ” turnirin ən maraqlı və gözlənilməz komandalarından biridir. Onlar “Benfika” və “Çelsi” kimi klublarla matçlarda xal qazanıblar. Bu, rəqibin gücündən xəbər verir. Komandada bir-birinə yaxşı uyğunlaşmış, keyfiyyətli legionerlər və taktiki baxımdan nizamlı futbolçular var. Belə komandaya qarşı oynamaq bizdən böyük enerji, maksimum diqqət və intizam tələb edir”.
“Napoli”nin A Seriyasının son turunda “Atalanta” üzərində qazandığı qələbəyə də münasibət bildirən Antonio Konte artıq bütün diqqətin “Qarabağ”la matça yönəldiyini bildirib: “Atalanta”ya qalib gəlmək bizə həm fiziki, həm də psixoloji baxımdan müsbət təsir etdi. Amma artıq bu oyun keçmişdə qalıb. “Qarabağ”la görüş tam fərqli olacaq. Biz bu matça ciddi yanaşırıq. Yaxşı bilirik ki, UEFA Çempionlar Liqasında asan oyun olmur”.
Qeyd edək ki, sabah "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.