"Liverpul" autsayderə uduzdu

21:13 - 22 Noyabr 2025 - İDMAN

"Liverpul" İngiltərə Premyer Liqasının (EPL) 12-ci turunun ev oyununda "Nottinqem Forest"ə 3-0 hesabı ilə məğlub olub.

Ucnoqta.az xəbər verir ki, hazırkı İngiltərə çempionu Liverpul Premyer Liqada son yeddi oyundan altıncısında məğlub olub. Qolları Murillo (33-cü dəqiqə), Nikolo Savona (46) və Morqan Gibbs-Uayt (78) vurub.

"Liverpul"un 18 xalı var və turnir cədvəlində 11-ci yerdədir. Arsenal 26 xalla liderlik edir. 12 xalla "Nottinqem Forest" 19-cu yerdən (sonuncudan ikinci) 16-cı yerə yüksəlib.

Xəbər xətti