Yol polisindən 6 rəqəmli nömrələrlə bağlı AÇIQLAMA

15:18 - 21 Noyabr 2025 - AVTO

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Azərbaycanda dövlət qeydiyyat nişanlarının 6 rəqəmli olacağı ilə bağlı məlumatlar yayılıb.

Ucnoqta.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev isə bunun həqiqət olmadığını bildirib:

"Altı rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq".

Xəbər xətti