Hizbullah komandirin ölümünü təsdiqlədi

00:00 - 24 Noyabr 2025 - DÜNYA

"Hizbullah" hərəkatının rəhbərliyi Beyrutun cənub kənarında İsrailin hava hücumunda komandiri Heytəm Əli Təbtəbavinin ölümünü təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin Telegram kanalında dərc olunmuş açıqlamasında bildirilib.

"Hərbi lider Heytəm Əli Təbtəbavi və yoldaşlarının şəhid olduğunu təsdiqləyirik. Onların şərəfli ailələrinə başsağlığı veririk və bütün yaralılara tezliklə sağalmalarını arzulayırıq" - açıqlamada deyilir.

Livan təhlükəsizlik qüvvələrindəki mənbə əvvəllər Elnashra xəbər portalına İsrail Hərbi Hava Qüvvələrinin Hizbullah silahlı qüvvələrinin qərargah rəisi vəzifəsində çalışan Heytəm Əli Təbtəbavini öldürdüyünü təsdiqləmişdi.
Onun sözlərinə görə, hərbi liderin yerləşdiyi Haret Horeik məhəlləsindəki binaya altı raket atılıb.

İsrail Səhiyyə Nazirliyi İsrailin hücumunda beş nəfərin öldüyünü, 28 nəfərin isə yaralandığını bildirib.

Xəbər xətti