ABŞ prezidenti Donald Tramp Truth Social-da taxtda oturmuş süni intellektdən yaradılan şəklini paylaşıb.
Ucnoqta.az xəbər verir ki, Amerika lideri X istifadəçisinin paylaşımının ekran görüntüsünü paylaşdı. Şəkildə o, qızılı zirehdə, ayaqları altında oturmuş iki kişi və bir qadın başlarını aşağı əymiş şəkildə təsvir olunub.
Şəkildə "Heç kim onun ədalətindən qaça bilməyəcək" başlığı da var.