Bakıdakı "Alov Qüllələri" kompleksinin ətraf ərazisində hidrogeoloji və sürüşmə ilə bağlı tədqiqat aparılacaq.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti hazırlıqlara başlayıb.
Məlumata görə, bununla bağlı Yaponiyanın "Shinyei Kaisha" şirkətindən 61,8 min manatlıq avadanlıqlar alınacaq.