Emin Əmrullayev Ağcabədidə qəbul keçirəcək

17:34 - 26 Noyabr 2025 - ÖLKƏ İÇİ

Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 19-da Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qəbulda Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Bərdə, Ağdərə, Laçın, Kəlbəcər sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 10 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.

Xəbər xətti