ABŞ vitse-prezidenti J.D. Vens çərşənbə günü Vaşinqtonda Milli Qvardiya üzvlərinə edilən hücumdan sonra hüquq-mühafizə orqanlarının ölkədəki qanunsuz immiqrantları müəyyən etmək və deportasiya etmək səylərini ikiqat artıracağını bildirib.
Ucnoqta.az xəbər verir ki, Vens bu abrədə X-də yazıb.
"Əvvəlcə atəş açan şəxsi məsuliyyətə cəlb edəcəyik, sonra isə ölkəmizdə olmaq hüququ olmayanları deportasiya etmək səylərimizi ikiqat artıracağıq. Mediada bəzi səslər artıq immiqrasiya siyasətimizin çox sərt olduğunu deyir. Bu axşam bizə niyə səhv etdiklərini xatırlatdı", - Vens qeyd eidb.
O, qeyd edib ki, Amerika seçiciləri hazırkı administrasiyadan bu addımları gözləyirlər.
Vens həmçinin qeyd edib ki, 2021-ci ildə keçmiş ABŞ prezidenti Co Baydenin immiqrasiya siyasətini tənqid edərkən ona irqçi deyilib. "İndi hər şey aydın oldu. Onların ölkəmizdə olmasına icazə verilməyib", - ABŞ vitse-prezidenti əlavə edib.