Fransa 2026-cı ilin yayından etibarən könüllü hərbi xidməti tətbiq edəcək.
Ucnoqta.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bunu 27 noyabrda elan etdi. Fransa 2026-cı ilin yayında başlayacaq könüllü hərbi xidmət sistemini tətbiq edəcək.
"Yeni milli xidmət gələn yaydan etibarən tədricən tətbiq olunacaq. Biz çağırış vaxtına qayıda bilmərik, amma səfərbərliyə ehtiyacımız var", - deyə Makron bildirib.