Ucnoqta.az
www.ucnoqta.az

Fransada könüllü hərbi xidmət tətbiq olunur

15:09 - 27 Noyabr 2025 tarixində dərc olunub.

Fransa 2026-cı ilin yayından etibarən könüllü hərbi xidməti tətbiq edəcək.

Ucnoqta.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bunu 27 noyabrda elan etdi. Fransa 2026-cı ilin yayında başlayacaq könüllü hərbi xidmət sistemini tətbiq edəcək.

"Yeni milli xidmət gələn yaydan etibarən tədricən tətbiq olunacaq. Biz çağırış vaxtına qayıda bilmərik, amma səfərbərliyə ehtiyacımız var", - deyə Makron bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası