KTMT-nin baş katibi Yerevanın təşkilata üzvlüklə bağlı qərar verəcəyinə ümid edir.
Ucnoqta.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Yerevanın təşkilata üzvlüklə bağlı tarazlı qərar verəcəyinə və üzv ölkələrin "birlikdə irəliləməyə davam edəcəyinə" ümid etdiyini bildirib.
Qeyd olunub ki, KTMT Katibliyi Ermənistanı təşkilat daxilində qəbul edilən qərarlar barədə məlumatlandırır və Yerevan bu prosesə mane olmur.