Vilnüs Hava Limanı bağlanıb

08:39 - 27 Noyabr 2025 - DÜNYA

Texniki nasazlıq səbəbindən Vilnüs Beynəlxalq Hava Limanı planlaşdırılan üç saat əvəzinə 14 saatlıq bağlanıb.

Ucnoqta.az xəbər verir ki, hava limanı normal fəaliyyətin səhər saat 4:00-da bərpa olunacağını açıqlayıb.

Bildirilir ki, Vilnüsə güclü qar yağıb. Varşavadan gələn təyyarə hava limanının perronuna doğru gedərkən uçuş-enmə zolağından sürüşüb. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Aeroport saat 17:00-a qədər bağlanacağını açıqlayıb, lakin sonradan fəaliyyətini bərpa etməyi bir neçə dəfə təxirə salıb.

Xəbər xətti