“Mən hər zaman xalqımın yanındayam. Şəhidlərimizin xatirəsi mənim üçün hər şeydən üstündür”.
Ucnoqta.az xəbər verir ki, bunu müğənni Samirə Əfəndi bildirib.
Qazaxıstanda keçirilən müsiqi yaraşmasında Ermənistan təmsilçisinə 12 bal verdiyinə görə sərt tənqid olunan sənətçi söyləyib ki, Azərbaycan dövlətinin apardığı sülh siyasətinə hörmət edir və dəstək verir.
“Bir qazi övladı kimi tarix yaddaşı mənim üçün dəyişməzdir – biz keçmişi unutmuruq, unutdurmuruq. Amma gələcək bizim məsuliyyətimizdədir; övladlarımıza daha təhlükəsiz, mehriban və sülhlə dolu bir dünya ötürmək borcumuzdur. Layihədə etdiyim jest isə sadəcə insanlıq idi – musiqinin insanları birləşdirən, siyasətdən kənar bir güc olduğuna inanıram”, - Samirə Əfəndi “Tarixin Bir Günü” verilişində söyləyib.