İsrail hərbçilərinə qubara atan fələstinli öldürüldü

12:04 - 16 Noyabr 2025 - DÜNYA

İsrail Müdafiə Qüvvələrinin (İMQ) əsgərləri Qərb sahilində Nablus şəhəri yaxınlığında onlara partlayıcı maddə atan bir fələstinli radikalı öldürüblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun sözçü ofisi məlumat verib.

Məlumatda deyilir ki, İMQ Nablus ərazisində əməliyyat keçirib və bu əməliyyat zamanı bir terrorçu əsgərlərə partlayıcı qurğu atıb. Əsgərlər cavab atəşi açaraq terrorçunu öldürüblər.

Xəbər xətti